Bakı Sağlamlıq Mərkəzində əsgərimizin ad gününü qeyd etdik

Azərbaycan xalqı müzəffər ordusunun qəhrəman əsgərlərinin sayəsində sevincli günlər yaşayır. Bu tarixi qələbənin memarlarından olan əsgərimiz Vasif Manafovun 24 yaşını qeyd etmək üçün mərkəzimizin rəhbərliyi və kollektivimiz bir araya gəldi. Xəstəxanamızda müalicə alan əsgərimizə mərkəzimizin icraçı direktoru Asiman Həsənov öz arzularını və təbrikini söylədi. Asiman Həsənov çıxışında bildirdi ki: "Bu qələbəni biz başda Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin və ordumuzun göstərdiyi əzmli mübarizə sayəsində qazandıq. Bu gün Qarabağımıza, doğma torpaqlarımıza qayıdırıq." Bu xoş görüntüləri Sizlərə təqdim edirik.

Diqər xəbərlər